Kareli bələdiyyəsində yaşayan Mirzə Hacıyev "MMA" üzrə yarışda
bolqar rəqibinə qalib gəlib.
O, “Marneuli” radiosuna müsahibəsində bildirdi ki, sərbəst güləşlə
5 yaşından məşğul olmağa başlayıb.
“Mən idmanla məşğul olmağa sərbəst güləşlə başladım. 13 il
idi ki, məşq edirdim. İndi artıq, 1 il yarımdır "MMA"-ya keçid
etdim. Demək olar ki, bütün həyatımı idmana həsr etmişəm. İlk
mübarizəm Rusiyanın paytaxtı Moskvada baş tutmuşdu. O, yarışda
qalib gəlmişdim. Daha sonra Gürcüstan çempionatında yarışdım.
Ümumilikdə, həvəskar olaraq 7 dəfə mübarizə aparmışam, onlardan
haradasa birində məğlub olmuşam”, - Mirzə Hacıyev
bildirdi.
Qeyd edək ki, Mirzə Hacıyev 2009-u ildə anadan olub. Onun bolqar
rəqibi ilə mübarizəsi 4 aprel tarixində baş tutmuşdu.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.