Nəğd ödəmənin bir tetri dəqiqliyi ilə həyata keçirilməsi prinsipi “yuvarlaqlaşdırma üsulu” ilə əvəz olunur
Nəğd ödəmənin bir tetri dəqiqliyi ilə həyata keçirilməsi prinsipi ləğv olunur – nəğd formada ödəmə prosesində məbləğin yuvarlaqlaşdırılması sistemi daxil olur. Beləliklə, “İnzibati xətalar məcəlləsi” ilə nəzərdə tutulmuş istifadəçilərin ödəmədə bir tetri dəqiqliyinin həyata keçirilməməsi də ləğv olunur.
Müvafiq dəyişikliklər Maliyyə Nazirliyi tərəfindən hazırlanıb və “Gürcüstanın Milli Bankı haqqında” qanun və “İnzibati xətalar məcəlləsində” həyata keçirilir.

Layihəyə əsasən, Gürcüstan ərazisində nəğd formada ödəmə məbləğin yuvarlaqlaşdırılması əsasından olacaq. Yuvarlaqlaşdırma prinsipi məbləğin yuvarlaşqlaşdırılması üsulunu nəzərdə tutur və ondan istifadə qaydası Milli Bank Şurasının hüquqi aktı ilə müəyyən ediləcək.

Maliyyə Nazirliyinin dediyinə görə, praktiki müaşhidələrin nəticəsi göstərib ki, çox hallarda istifadəçilər ticari və xidmət obyektləri tərəfindən nəğd formada ödəmə prosesi zamanı xırda olaraq qaytarılan 1 və ya 2 tetrini almırlar, çünki bu puldan sonra istifadə edə bilmirlər, ancaq ticarət və xidmət obyektləri tərəfindən isə 1 və 2 tetri sikkələrin əvəzinə yuvarlaqlaşdırılması (daha çox qaytarılması) tendensiyası hiss olunur.

Layihəyə əsasən nəğd formada ödəmənin bir tetri dəqiqliyi ilə həyata keçirilməsi 2019-cu ilin 1 yanvar tarixinə qədər məcburi olacaq. Müvafiq olaraq qanunlayihənin qüvvəyə minməsi tarixi olaraq 2019-cu ilin 1 yanvar tarixi müəyyənləşib.

Qanunvericilik təşəbbüsü artıq Parlamentə göndərilib.

Print Email
FaceBook Twitter Google