Gürcüstanın dəmiryol xidməti müasir işıqlandırma sisteminə keçir
Gürcüstanın dəmiryolu xidməti müasir işıqlandırma sisteminə keçir. Müqavilə dəmiryolu və “Qrato” şirkəti arasında bu gün rəsmi olaraq bağlanıb.

Sənədə əsasən, şirkət üzərinə öhdəlik götürür ki, on ay ərzində dəmiryolu dayanacağında, bazalarda, tunel və körpülərdə amerikalı şirkət Cree tərəfindən istehsal olunmuş enerji effektli işıqlar montaj edəcək. Yeni layihə çərçivəsində Gürcüstan dəmiryolu elektrik enerjisinə qənaət edəcək, müasir növ və ekoloji baxımdan təmiz işıqlandırma əldə edəcək.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google