Danelianın sözlərinə görə, becərilməmiş torpaqlar xaricilərdən geri alına bilər
Parlamentin aqrar məsələlər üzrə komitəsinin sədri Otar Danelianın bəyənatına görə, kənd-təsərrüfatı sahələrinə sahib olan xarici vətəndaşlara torpaq sahəsini becərmək öhdəliyi qoyulacaq. Əks halda Otar Danelia bildirib ki, məqsədli şəkildə və ya ümumiyyətlə becərilməyən sahələrin xarici ölkə vətəndaşlarından alınması məsələsinin qanunvericiliyə daxil edilməsi istisna deyil.

“Təqribən 45-50 min hektar kənd təsərrüfatı sahələri xarici ölkənin vətəndaşı olan fiziki şəxslərin sahibliyindədir. Biz onlara öhdəlik qoyacağıq ki, bu massivlər istifadə olunsun və kənd-təsərrüfatı istiqamətində becərilsin, yəni bu gün böyük hissəsi becərilməyən sahələrin məqsədli şəkildə istifadəsi olsun. Sanksiyalar olacaq, müsadirə halı da istsina deyil, amma bu komitənin dinləməsinə səbəb olacaq. Əgər xarici ölkə vətəndaşı olan fiziki şəxslər kənd-təsərrüfatı sahəsini istifadə etməyəcəklərsə, istisna etmirik ki, qanuna uyğun olaraq həmin şəxslərə sahəni başqasına vermək öhdəliyi qoyaq”, - bildirib Otar Danelia 23 aprel tarixində jurnalistlərlə söhbəti zamanı.

Parlamentdə “Kənd-təsərrüfatına aid olan torpaq sahələri haqqında” orqanik qanunlayihəsi haqqında konsultasiyalar gedir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google