15 sentyabr tarixindən Tbilisidə, munisipal nəqliyyatda sərnişinlər hər növ gürcü və xarici kartlarla yol xərcini ödəyə biləcəklər
Tbilisidə 15 sentyabr tarixindən nəqliyyatda sərnişinlər yol xərcini bütün bankların və hər növ gürcü və xarici VİSA, MasterCard kartlarla ödəyə biləcəklər, - bu haqda İPN-ə “Gürcüstan Bankından” bildiriblər.

“Tender şərtlərinə əsasən, cari ilin 15 sentyabrından Tbilisi bələdiyyəsinin nəqliyyat vasitələrində hər növ gürcü və xarici VİSA, MasterCard kartlara yol xərcini ödəmək mümkün olacaq. Qeyd olunan tarixdən yenilənmiş sistem başlayacaq”, - bildirirlər “Gürcüstan bankından”.

Xatırladaq ki, keçən il Tbilisi meriyası tərəfindən ictimai nəqliyyatda yol xərcinin ödənilməsi sisteminin müasirləşdirilməsi üçün elan olunmuş hərracda “Gürcüstan Bankı” qalib gəlib. “Gürcüstan bankı” biletləşdirmə sisteminin idarəsi hüququnu 10 illik müddətə qazanıb.

Print Email
FaceBook Twitter Google