Metropolitenin alternativ birliyi – 3 may tarixində ola bilsin metro öz çalışmasını dayandırdı
3 may tarixində səhərdən, ola bilsin Tbilisi metropoliteni öz çalışmasını dayandırdı – bu haqda metropolitenin alternativ birliyi “Ertoba 2013”-ün üzvləri metro dayanacağı “Rustaveli”nin yanında baş tutan brifinqdə bildirib.
Birliyin üzvləri qeyd ediblər ki, əgər onların maaşların artırılması ilə əlaqədar olan tələbləri qane edilməzsə onlar cümə günü etiraza başlayacaqlar və bu metropolitenin çalışmasının dayanmasına səbəb olacaq.
Onların məlumatına görə, nəqliyyat şirkəti və meriyanın mövqeyi odur ki, maaşlar hələ artmayacaq.

“Üç gün əvvəlcədən metronun çalışmasını dayandıracağını bildiririk, metropoliten ümumilikdə dayancaq”, - bildirib “Ertoba 2013”-ün üzvü Arçil Labadze.

Onun sözlərinə görə, “Ertoba 2013”-ün tələbi metro sürücüsünün maaşının saatda 7 laridən 10 lariyə kimi artamsıdır.

“Ertoba 2013”-ün vəkili Beka Badrişvili bildirir ki, “Ertoba”nın üzvlərinin maaşının artırılması ilə bağlı görüşlər keçirilib, həmçinin, merin müavini İrakli Xmaladze ilə də görüşüblər.

“Mediasiya çərçivəsində görüşlər oldu. Merin müavini İrakli Xmaladze, eləcə də bizi işlə təmin edən şirkət nümayəndələri ilə görüşdük. Ancaq təəssüf ki, bu proses nəticəsiz başa çatdı. Müvafiq olaraq, razılığa gələ bilmədik.Mövqeyləri belədir ki, maaşlar artırılmayacaq və konkret nə zaman mümkün olacağı da bildirilmi”
, - bildirib vəkil.

Print Email
FaceBook Twitter Google