Maliyyə nazirinin bəyənatına görə, lombartlarla bağlı yeni tənzimləmələr bu ay təyin olunacaq
Maliyyə naziri Mamuka Baxtadzenin bəyənatına görə lombartlarla bağlı yeni tənzimləmələr bu ay təyin olunacaq. Baxtadzenin İPN-ə Filippinin Manila şəhərindən bildirib ki, avtomobillərin və daşınmaz əmlakın lombartlaşdırılması çox neqativ təcrübədir və bu istiqamətdə prinsipial addımlar atılacaq.

“Qısa müddətdə olması vacibdir və bu may ayını keçməməlidir, lombartlaşdırma ilə bağlı yeni oyun qaydaları qəbul etdik. Avtomobil və daşınmaz əmlakın lombartlaşdırılması çox neqativ təcrübədir. Bu istifadəçilərə də pis təsir edəcək və çox hallarda kriminal mənbəsi də olub. Ona gör də mən düşünürəm ki, bu istiqamətdə də prinsipial addımlar atmalyıq. Prinsipial və keyfiyyətli şəkildə yeni qaydalar lazımdır”, - bildirib Baxtadze.

Print Email
FaceBook Twitter Google