Gürcüstandan Türkiyəyə ixrac olunan elektrik enerjisinin həcmi 61.4% arıtb
Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatına görə, Gürcüstandan Türkiyəyə ixrac olunan elektrik enerjisinin həcmi artıb və cari ilin 9 may tarixinə olan vəziyyətə əsasən 63 715000 kvt təşkil edib.
Nazirliyin məlumatına görə, Gürcüstandan Türkiyəyə ixrac olunmuş elektrik enerjisinin həcmi bugünə olan vəziyyətə görə keçən ilin həmin mərhələyə olan göstəricilərlə müqayisədə 61.4% artacaq.

“Hal-hazırda Türkiyə istiqamətində 324 meqavatt verilir.Bu isə rekord göstəricidir. Keçən il bu göstərici 166 meqavatı təşkil edirdi, 2016-cı ildə isə 99 vatt idi. Cəmi cari ildə ixrac olunan elektrik enerjisinin həcmi 125 021 000 kvt təşkil edib ki, 2017-ci ilin göstəricisnədn 208,5% çoxdur”, - deyilir İqtisadiyyat Nazirliyinin bəyənatında.

Nazir Dimitri Kumsişvilinin dediyinə görə, qeyd olunan artım Türkiyə respublikasına verilmiş enerjinin miqdarının artmasına görə olub, bu cari ildə 50 261 000 kvt təşkil edib.

May ayında 238 195 000 kvt elektrik enerjisinin verilməsi planlaşdırılır. Bu isə keçən illə müqayisədə 19,6% çox olacaq.

Kumsişvilinin bəyənatına görə, ixracın həcminin artması Gürcüstanın Türkiyə tərəfi ilə davamlı çalışmasının nəticəsidir. Bu məsələ ilə bağlı iki tərəfli formatda görüşlər fevral və aprel aylarında baş tutub.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google