“Wizz Air” Kutaisidən Paris, Praqa, Afina, Barselona və Roma istiqamətlərində müntəzəm reyslərə başlayır
17 may tarixindən etibarən “Wizz Air” aviaşirkəti Kutaisidən Paris, Praqa, Afina, Barselona və Roma istiqamətlərində müntəzəm reyslərə başlayır.

“Wizz Air”-dən “İnterpresnyus”a bildirdiklərinə görə, Buxarest və Vyanadan Kutaisi istiqamətində də aviareyslər həyata keçiriləcək.

“Yeni az büdcəli aviareyslər qeyd olunan ölkələrə səyahət etmək istəyənlər üçün yeni imkanlar yaradacaq, onlar cəmi 49.99 lari/29.99 Avroya səyahət edə biləcəklər. Bununla bərabər aviaşirkət yerli sərmayələrin həyata keçirilməsini dava etdirir və 17 may tarixindən Kutaisi bazasına Airbus-A230 tipli yeni müasir hava gəmisi əlavə edir. Bu yenilik 101 milyon dollar sərmayə deməkdir və əlavə olaraq 36 yerli ekipaj üzvünün işlə təmin olunması imkanı verir.”

Wizz Air Kutaisi beynəlxalq hava limanından səfərləri həyata keçirməyə 2012-ci ildən başlayıb. 6 illik uğurlu nailiyyətlərdən sonra Avropada irimiqyaslı genişlənmə çərçivəsində kiçik büdcəli şəbəkənin diversifikasiyası nəticəsində Wizz Air müştərilərə hal-hazırda 14 ölkəyə 21 aviareys təklif edir.

Print Email
FaceBook Twitter Google