7000 abonentə təbii qazın nə vaxt veriləcəyi hələlik məlum deyil
Marneulidə təbii qazın veriləcəyi vaxt hələlik məlum deyil. "SOCAR Georgia gas"dan "Marneuli" radiosuna verilən məlumata görə, dəyən ziyanın miqyası müəyyən olunur, buna görə də 7000 abonentə qazın nə vaxt veriləcəyi məlum deyil.

Xatırladırıq ki, dünən 21 may tarixində axşam saatlarında Mağalaşvili körpüsü ərazisində yük maşını qaz borusuna çırpılıb, nəticədə güclü yanğın baş verib. DİN-dən verilən məlumata görə, yük maşınının sürücüsü inzibati qaydada cərimələnib.

Print Email
FaceBook Twitter Google