1 oktyabrdan polietilen torbalar mərhələ ilə qadağan olunacaq – Marneuli sakinlərinin fikri
2018-ci il 1 oktyabr tarixindən Gürcüstanda polietilen torbalar mərhələli şəkildə qadağan olunacaq. Bu barədə rəsmi olaraq 12 sentyabr tarixində keçirdiyi brifinqdə Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirmişdi.

“Gürcüstan hakimiyyəti bizim yaşıl iqtisadiyyat və ətraf-mühitin mühafizəsi siyasəti çərçivəsində nizamnamə qəbul edib ki, bunlar da 2018-ci il 1 oktyabr tarixindən etibarən qüvvəyə minəcək və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş polietilen torbaların mərhələli şəkildə istifadədən götürülməsini təmin edəcək”.

Polietilenin qadağan olunması ilə bağlı Marneuli sakinlərinin fikri birmənalı deyil. Bəziləri hesab edir ki, belə yenilik biznesmenlərin maraqlarına xidmət edir. Bəziləri isə keçmiş zamanları xatırlayır və deyir ki, polietilen torbaların istifadədən çıxarılması gecikmiş bir qərardır.



Polietilen torbaların ekologiyaya zərər vurduğu bir çox ətraf mühiti mühafizəçiləri tərəfindən dilə gətirilir. Və deyirlər ki, onların torpaqda çürüməsi üçün yüz illərlə vaxt lazımdır. Bu isə insan sağlamlığı üçün təhlükə yaradır.

2019-cu ilin 1 aprel tarixindən etibarən istənilən qalınlıqda polietilen torbaların istehsalı, idxalı və satışı qadağan olunacaq. Polietilen torbalar isə bioloji olaraq parçalana bilən torbalarla əvəz olunacaq.

Print Email
FaceBook Twitter Google