Marneulidə yol nəqliyyat hadisəsi zamanı 5 nəfər yaralanıb

Bu gün, 22 noyabr tarixində Mirzoevka-Böyük Muğanlı yolunda maşın yolun hərəkət hissəsindən çıxaraq qəzaya uğrayıb.

Qəza nəticəsində 5 nəfər yüngül xəsarət alıb. Hadisə saat 18:00 radələrində baş verib.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlayıb. Həmin maddə nəqliyyatın hərəkəti təhlükəsizliyinin və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.

"Marneuli" Radiosu

 

Print