Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun vaqonlarını birgə istehsal edəcək
Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun vaqonlarını birgə istehsal edəcək.
Məlumatı Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan verərək deyib:

“Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istifadə ediləcək vaqonların istehsal ediləcəyi birgə zavod yaradacaq.

Sözü gedən mövzu ilə bağlı paytaxt Bakıda Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla görüşdüm, Bakı-Tbilisi-Qars dəmir yolunun daha yaxşı xidmət göstərməsi üçün görüləsi işləri müzakirə etdik.

Bakı-Tbilisi-Qars dəmir yoluna böyük sərmayə qoyuldu. Buradan yalnız Azərbaycan, Gürcüstan və Türkiyənin deyil, bütün qonşu ölkələrin yüklərinin daşınması nəzərdə tutulur. Buna görə də Azərbaycan və Türkiyə birlikdə Azərbaycanda bir zavod yaradacaq və yük vaqonlarını birgə istehsal edəcəyik. Layihə işləri tamamlanmaq üzrədir.

Hələlik Bakı-Tbilisi-Qars dəmir yolu ancaq yük nəqliyyatı xidmətini həyata keçirir. Sərnişin nəqliyyatı sonrakı illərdə başlayacaq” - Mehmet Cahit Turhan bildirdi.

Mənbə: trt.net.tr
Print Email
FaceBook Twitter Google