Azərbaycandan Gürcüstana 2,5 mlrd. kubmetr qaz nəql edilib
Ötən
il Gürcüstana 2 501,5 mln. kubmetr həcmində Azərbaycan qazı nəql
edilib.
"Marneuli" Radiosu “Report”a istinadən xəbər verir ki, bu barədə
Energetika Nazirliyinin 2018-ci il üzrə fəaliyyətə dair hesabatında
qeyd olunub.
Hesabat ilində Gürcüstana nəql olunan qazın həcmi 2017-ci ilə
nisbətən 14%, və ya 306,9 mln. kubmetr artıb.
Gürcüstana 2018-ci ildə nəql olunan qaz həcminin 1 101,8 mln.
kubmetri Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə (“Şahdəniz” qazı) nəql
edilib. Bu kəmərlə Gürcüstana ötürülən qazın həcmi 2017-ci ildən
286,9 mln. kubmetr və yaxud 35% çoxdur.
Hesabat dövründə 1 399,7 mln. kubmetr qaz isə Azərbaycan Dövlət
Neft Şirkəti tərəfindən Qazıməmməd-Qazax qaz xətti ilə nəql edilib
və bu, illik müqayisədə 20 mln. kubmetr və yaxud 1,4%
çoxdur.