“SOCAR Georgia Gas” MMC-nin kommersiya tipli abonentlər üçün tariflərin artırılması ilə bağlı bəyanatı
“SOCAR Georgia Gas” MMC 1 mart 2019-cu ildən etibarən kommersiya tipli istifadəçilər üçün təbii qazın 1 kub metri üçün ƏDV də daxil olmaqla 95 tetriyədək artıracaq.
Qiymətlərdə dəyişiklik edilməsinə milli valyutanın ABŞ dolları ilə məzənnəsi və paylayıcıların tariflərinin dəyişiklikləri səbəb göstərilir.

Yeni tariflər qış mövsümü başa çatdıqdan sonra 1 martdan etibarən qüvvəyə minəcək.

“SOCAR Georgia Gas” MMC illərdir ki, Gürcüstan miqyasında qaz təminatı və qaz paylayıcı fəaliyyətlərini həyata keçirir. Bu günədək şirkət tərəfindən bölgələrin qazlaşdırılması və qaz təminatı infrastrukturlarının inkişafı məqsədilə 300 milyon ABŞ dollarından artıq sərmayə yatırılıb ki, bunun nəticəsində də yüz minlərlə ailə və kommersiya obyektlərinə təbii qazdan istifadə etmək imkanı verilib.

Print Email
FaceBook Twitter Google