Poçt göndərişlərinə niyə 2 larilik vergi təyin edilib - şirkətin izahatı
“Gürcüstan poçtu” yeni vergilərin təyin edilməsinə xüsusi bəyanatla cavab verib:
“İstifadəçilərin 2 larilik verginin təyin edilməsi ilə bağlı narazılığı haqqında demək istəyirik ki, “Gürcüstan Poçtu” üçün tarifin təyin edilməsi ilə bağlı qərar qəbul etmək olduqca ağrılı idi. Qeyd etmək istəyirik ki, bu addımı atmaq beynəlxalq poçt tənzimləmələrinin dəyişikliyinə görə vacib idi. Dəyişikliklər “Gürcüstan poçtunun” xərclərinin də artmasına səbəb oldu. Müəyyən (əşyalardan ibarət beynəlxalq göndərişlər) poçt göndərişlərinin xidməti bahalaşdı.

Xahiş edirik nəzərər alasınız ki, “Gürcüstan poçtu” poçt operatorudur və funksiyası poçt göndərişlərini qəbul etmək və təhvil verməkdir. Poçt tənzimləmələrinə əsasən poçt göndərişləri olaraq bir şəxs tərəfindən digərinə (baxmayaraq ki, əşya dost tərəfindən göndərilən hədiyyədir və ya elektron ticarət nəticəsində alınıb) dəyərinin nə olmasına baxmayaraq poçt şəbəkəsindən istifadə edərək göndərilən əşyadır.

Məhz,göndərilən əşyanın dəyəri deyil, bu qiymətin təyin olunmasına səbəb olub. Qeyd edək ki, qeyd olunan qərar beynəlxalq poçt tənzimləmələrinə tam uyğundur və dünyanın müxtəlif ölkələrində poçt operatorları bundan istifadə edir. “Gürcüstan Poçtu” da öz fəaliyyətini belə həyata keçirir”
- bəyanatda qeyd olunur.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google