Pensiya ödənişlərin itməsi və ya inflyasiyaya uğraması haqqında məlumat fərziyyədir - Maliyyə naziri
Maliyyə naziri deyir ki, pensiya ödənişləri depozitə yerləşdirilib. Netgazetinin bu məbləğin investisiya edilməsinə cavabdeh olacaq investisiya şurasının nə zaman yaradılacağı sualına İvane Macavariani cavab verib ki, hələ şura üzvlərinin seçim müsabiqəsi də elan edilməyib.

Pensiya Agentliyinin Nəzarət orqanının, nəzarət şurasının üzvü olan Macavariani məsləhət verir ki, müsabiqənin elan edilməsi tarixlərini agentlikdən dəqiqləşdirək.

Maliyyə naziri agentliyin pulunun durması, itməsi və ya inflyasiyaya uğraması məlumatını fərziyyə adlandırır.

“Depozitin gəliri inflyasiyanı bağlayır, ancaq bu bizim biznes modelimiz deyil. Gələcəkdə onların yerləşdirilməsi gəlirli, ancaq mühafizəli layihələrdə olmalıdır. Yekun investisiyalaşdırma məsələsini müstəqil olacaq investisiya şurası yaratmalıdır” - Macavariani deyir.

Bu ilin sonuna qədər pensiya ödəmələrinin investisiyalaşdırılmasının olub olmayacağı sualına maliyyə naziri deyir ki, mümkündür.

“İnvestisiyalaşdırma çatdırılmasa da, demək istəyirəm ki, bu il inflyasiya depozitlərə yerləşdirilmiş əlavələri onsuz da azalda bilməyəcək”.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər