Pensiya ödənişlərin itməsi və ya inflyasiyaya uğraması haqqında məlumat fərziyyədir - Maliyyə naziri
12:54 / 14.02.2019
Maliyyə naziri deyir ki, pensiya ödənişləri
depozitə yerləşdirilib.
Netgazetinin bu məbləğin investisiya
edilməsinə cavabdeh olacaq investisiya şurasının nə zaman
yaradılacağı sualına İvane Macavariani cavab verib ki, hələ şura
üzvlərinin seçim müsabiqəsi də elan edilməyib.
Pensiya Agentliyinin Nəzarət orqanının, nəzarət şurasının üzvü olan
Macavariani məsləhət verir ki, müsabiqənin elan edilməsi
tarixlərini agentlikdən dəqiqləşdirək.
Maliyyə naziri agentliyin pulunun durması, itməsi və ya
inflyasiyaya uğraması məlumatını fərziyyə adlandırır.
“Depozitin gəliri inflyasiyanı bağlayır, ancaq bu bizim
biznes modelimiz deyil. Gələcəkdə onların yerləşdirilməsi gəlirli,
ancaq mühafizəli layihələrdə olmalıdır. Yekun investisiyalaşdırma
məsələsini müstəqil olacaq investisiya şurası
yaratmalıdır” - Macavariani deyir.
Bu ilin sonuna qədər pensiya ödəmələrinin
investisiyalaşdırılmasının olub olmayacağı sualına maliyyə naziri
deyir ki, mümkündür.
“İnvestisiyalaşdırma çatdırılmasa da, demək istəyirəm
ki, bu il inflyasiya depozitlərə yerləşdirilmiş əlavələri onsuz da
azalda bilməyəcək”.