Bolqarıstan “Türk Axını”nı dayandırdı
Bolqarıstan Dövlət Qaz Paylama İdarəsi –
“Bulgartransgaz” verdiyi mətbuat açıqlamasında
bildirib.
Bolqarıstan öz ərazilərindən keçəcək “Türk Axını” layihəsinin
tender fəaliyyətini müvəqqəti olaraq dayandırdı.
Bolqarıstan Dövlət Qaz Paylama İdarəsi – “Bulgartransgaz” verdiyi
mətbuat açıqlamasında bildirib:
“Bolqarıstan Rəqabəti Qorumaq Komissiyasına təxminən 1,5 milyard
avro dəyərində layihənin Bolqarıstan hissəsinin dizayn,
layihələndirmə, material tamamlama və tikinti işlərini əhatə edən
tenderilə bağlı etiraz ərizəsi daxil olub.
"Atomenergoremont" sözü gedən ərizədə şirkətin Türkiyə-Bolqarıstan
və Bolqarıstan-Serbiya arasında ara bağlantının tikintisi ilə bağlı
əlavə izahat tələb edir.
Bolqarıstanda kömürlə işləyən bir sıra istilik elektrik
stansiyalarının sahibi, iş adamı Hristo Kovaçkiyə məxsus və “Türk
axını” layihəsi ilə əlaqəsi olmayan "Atomenergoremont" şirkətinin
bu hərəkəti boru kəməri inşaat işlərinin ləngiməsinə səbəb olub.
Halbuki bu işlərin 2020-ci ilin ilk günündə tamamlanması nəzərdə
tutulmuşdu.