Bu gündən “Magticom”un abonentlərinə nömrə xidməti haqqı tətbiq olunur
14:18 / 18.02.2019
Bu
gündən “Magticom”un abonentlərinə nömrə xidməti haqqı tətbiq
olunur.
Xidmət haqqı 180 gün üçün 1 lari təşkil edir. Məbləğ nömrənin
hesabından avtomatik olaraq çıxılır.
Milli Kommunikasiya Komissiyasından “Birinci kanal”a verilən
məlumata görə, komissiyanın 14 fevral tarixində tariflərinin
artırılmasının dayandırılması ilə bağlı qərarında nömrə xidməti
haqqı nəzərdə tutulmur.
Komissiya “Magticom”un paketlərin qiymətlərinin artırılmasını
dayandırıb, həmçinin şirkətdən mövcud 25 lari dəyərindəki limitsiz
paketin qüvvədə saxlanılmasını tələb edib.