Qırmızı Cümə nə deməkdir?
Bugün qırmızı cümədir. Məhz bu gün 2018 il bundan əvvəl İsə Məsihi Qolqoti dağında çarmıxa çəkiblər. Qırmızı cümə böyük cümə də adlandırılır. O, ağır həftənin cüməsidir və xristian kilsəsi həmin günü İsa Məsihin çarmıxa çəkilən günü olaraq təyin edib. Qırmızı cümə günü xristianlar üçün ən ağır gündür və qaydaya əsasən həmin gün yumurtaları qırmızı rəngə boyayırlar.

Pasxa bayramı ərəfəsində rənglənmiş yumurtalar haqqında ilk yazılı məlumat X əsrə aid edilir. Yunanıstanda Tesalonikəyaxın müqəddəs Anastasia monastırının kitabxanasında saxlanılan əlyazmanın sonunda qeyd olunub ki, Pasxada vacib dualardan sonra yumurta və pendirin duasını oxumalıdırlar.

İğumen öz şahidlərinə yumurta paylayan zaman bu sözləri deyir: "Kriste ağsdqa! (İsa Məsih dirildi). "Nomokanon Podias" əlyazmasına əsasən (XII əsr) isə İğumen pasxa günü qırmızı yumurta yeməyən rahibi cəzalandırırdı və bunu ənənəyə təhqir kimi hesab edirdi.

"Marneuli" Radiosu
Print Email
FaceBook Twitter Google