Bugün qırmızı cümədir. Məhz bu gün 2018 il bundan əvvəl İsə Məsihi
Qolqoti dağında çarmıxa çəkiblər.
Qırmızı cümə böyük cümə də adlandırılır. O, ağır həftənin cüməsidir
və xristian kilsəsi həmin günü İsa Məsihin çarmıxa çəkilən günü
olaraq təyin edib. Qırmızı cümə günü xristianlar üçün ən ağır
gündür və qaydaya əsasən həmin gün yumurtaları qırmızı rəngə
boyayırlar.
Pasxa bayramı ərəfəsində rənglənmiş yumurtalar haqqında ilk yazılı
məlumat X əsrə aid edilir. Yunanıstanda Tesalonikəyaxın müqəddəs
Anastasia monastırının kitabxanasında saxlanılan əlyazmanın sonunda
qeyd olunub ki, Pasxada vacib dualardan sonra yumurta və pendirin
duasını oxumalıdırlar.
İğumen öz şahidlərinə yumurta paylayan zaman bu sözləri deyir:
"Kriste ağsdqa! (İsa Məsih dirildi). "Nomokanon Podias" əlyazmasına
əsasən (XII əsr) isə İğumen pasxa günü qırmızı yumurta yeməyən
rahibi cəzalandırırdı və bunu ənənəyə təhqir kimi hesab edirdi.
"Marneuli" Radiosu