Gürcüstanda “Era Teatrı” adı ilə yeni teatr fəaliyyətə başladı.
Teatr Tiflis Dövlət Azərbaycan Dram Teatrının aktyoru və rejissor
Anar Rafiqoğlu və Rabil İsmayılov tərəfindən yaradılıb.
Tetrın təsis edilməsində əsas məqsəd aktyorluğa və teatra həvəsi
olan gəncləri bir araya tolamaqdır. Bu haqda "Marneuli" Radiosuna
Anar Rafiqoğlu məlumat verdi. O, bildirdi ki, "Məni Bağışla"
tamaşası və "Sənəd Şəhidləri" adlı filmdə gənclərin bu sahəyə
maraqları və isdedalarından irəli gələrək belə bir teatrın
açılmasını istəyiblər.
Anarın sözlərinə görə, aktyorluğa istedadı, həvəsi, marağı olan
gəncləri bir komanda altında toplayaraq sosial problemləri gündəmə
gətirəcək tamaşalar və qısa filimlər hazırlayacaqlar.
“Gürcüstanda özəl, müstəqil teatrlar çox azdı.
Azərbaycanlıların yaratdığı isə ümumiyyətlə yoxdur. Bu bir ilk idi
ki, biz yaratdıq. Ümid edirik ki, regionlarımızdan da bizə
istedadlı gənclər qoşulacaq. Həqiqətən regionlarımızda istedadlı
gənclər var. Hansi ki, istedadı var və özlərini üzə çıxara
bilmirlər və o, şansı əldə edə bilmirlər. Biz onlara dəstək olmağa
hazırıq əgər onlarda özlərini səhnədə, tamaşada görmək istəyirlərsə
biz yeni tamaşamızda həmin gənclərədə mütləq şans
verəcəyik” – deyə bildirdi Anar Rafiqoğlu.
Anarın sözlərinə görə, onların komandasında 10-a yaxın gənc var.
Tamaşaların hazırlanması və səhnələşdirilməsi haqqında da danışan
Anar Rafiqoğlu vurğuladı ki, tmaşaların məşqlərini və onların
hazırlanmasını Tiflis Dövlət Azərbaycan Dram Teatrında
planlaşdırırlar.
“Bu məşqlər bitdikdən və artıq hazır olduqdan sonra müəyyən
teatrlar icarəyə götürəcəyik və həmin teatrlarda tamaşalarımızı
nümaiş etdirəcəyik. Çox isdəyərdik ki, öz teatırımız "Tbilisi
Dövlət Azərbaycan Dram" teatırı yaxşı vəziyyətdə olardı və biz
tamaşalarımızı eyni məkanda nümaiş etdirərdik. Ancaq "Tbilisi
Dövlət Azərbaycan Dram" teatırının vəziyyəti məlumdur. Ancaq biz
hazırlıqlar görə bilərik, tamaşa üçün o qədərdə əlverişli deyil.
Təssüfki teatr binamız və Tbilisidə bir sıra teatrlar icarəyə
götürəcəyik və tamaşalarımızı nümaiş etdirəcəyik. Regionlarda isə
həmin regionlarin mədəniyyət evlərində və ya teatrları varsa
teatrlarında nümaiş etdirəcəyik” - deyə bildirdi Anar
Rafiqoğlu.
Anar onu da əlavə etdi ki, “Era Teatrı” olaraq ilk səfərlərini
Bolnisi şəhərinə planlaşdırırlar.