Anar Rafiqoğlu birillik fasilədən sonra "Zarafat kolleksiyası 5" ilə qayıdır
24 may tarixində saat 15:30-da Tiflis şəhəridə yerləşən Atoneli adına teatrda azərbaycanlı gənc aktyor Anar Rafiqoğlunun bir ildən artıq fasilədən sonra növbəti stand up şousu baş tutacaq. “Zarafat kolleksiyası 5” adlanan şouda gənc aktyor tamaşaçılara bir-birindən maraqlı gülüş ssenariləri təqdim etdəcək.

Anar Rafiqoğlu 2012-ci ildən stand up komediya tamaşaları ilə peşəkar səhnədə çıxış edən, Gürcüstanda bu sahədə fəaliyyət göstərən yeganə azərbaycanlıdır. Tamaşaya nəyə görə bu qədər ara verildiyi haqda aktyorun özü Marneuli radiosuna danışdı.



Anarın sözlərinə görə tamaşaların hazırlanması üçün teatr problemləri var və onlara dəstək olunmadığına görə, ildə ən çoxu 1-2 dəfə stand up şou təşkil edə bilirlər. Anar onu da xatırlatdı ki, onların yeni təsis etdiyi "ERA TEATRI" onlar üçün yeni imkanlar yaradacaq.



Aktyor onu da əlavə etdi ki, artıq bir neçə aydır bu tamaşanın üzərində işləyir və tamaşada məişət yumorları ilə bərabər, xeyli siyasi, ictimai zarafatlar olacaq, ölkəmizdə və dünyada baş verən sosial problemlərə toxunulacaq.

“Zarafat kolleksiyası 5” stand up şousunu izləmək üçün biletləri Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov müzeyindən əldə edə bilərsiz.


Print Email
FaceBook Twitter Google