Mədəniyyət
“Ramazan” haqqında bunları bilirdinizmi
Ramazan ayının orucu Quran ayələrinin və Muhamməd ə.s Peyğəmbərin hədislərinin açıq-aydın mətnlərinə əsasən vacibdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (əl-Bəqərə surəsi, 183) Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – buyurmuşdur: “İslam beş əsas üzərində qurulub: “Allahdan başqa haqq ilahın olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Evi (Kəbəni) həcc etmək və Ramazan orucunu tutmaq” (əl-Buxari, 8).

Bu mübarək ayda Qədr gecəsi vardır. Uca Allah buyurur: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur!” (əl-Qadr, 1-5). O gecədə Allaha ibadət etmək, yaxşı işlər görmək min ayda edilən əməllərdən daha xeyirlidir. Həmçinin, Qədr gecəsinin üstünlüyü, o gecəni ibadətlə keçirənin keçmiş günahlarının bağışlanmasıdır.

Kimlər oruc tutmalıdır?

Oruc tutmaq – sağlam, ağıllı və həddi-buluğa çatmış hər bir müsəlmana vacibdir. Oruc tuta bilməyən qocalar və xroniki ağır xəstələr oruc tutmaqdan azad olunurlar. Lakin onlar fidyə verməli, yəni orucluğun hər bir gününün müqabilində bir yoxsula yemək verməlidirlər. Bir dəfəyə, yaxud ayrı-ayrı vaxtlarda 30 nəfəri yedizdirmək də olar. Hamilə və uşaq əmizdirən qadınlar, uşaqlarının sağlamlığına zərər dəyməsindən qorxduqda oruclarını kəsə bilərlər. Lakin gələn ilin Ramazan ayına qədər buraxdıqları günlərin orucunu tutmalıdırlar. Xəstə və səfərdə olanlar oruc tutmaya bilərlər. Onlar buraxdıqları orucu sonradan tutmalıdırlar. Uca Allah buyurur: “Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır” (əl-Bəqərə, 185). Ayda birddəfə baş verən qadınlara məxsus günlərdə qadınlara oruc tutmaq olmaz. Onlar qanaxma qurtardıqdan sonra oruc tutmalıdırlar.

Ramazan ayının əvvəlini və sonunu necə bilmək olar?

Hicri təqviminə əsasən ay 29 və ya 30 gün olduğundan Ramazan ayı göydə hilalın (yeni ayın əlamətinin) görünməsi ilə başlayır və Şəvval ayının hilalının görünməsi ilə sona yetir.Peyğəmbər buyurmuşdur: “Ramazandan əvvəl oruc tutmayın, onun hilalını görməklə oruca başlayın, Şəvval ayının hilalını görməklə də orucunuzu bitirin. Əgər bulud hilalı görməyinizə mane olarsa, onda ayın günlərini otuz hesab edin” (ət-Tirmizi, 684).

Orucluğun əsasları

Səhər dan yeri söküləndən gün batana kimi yeməkdən, içməkdən və cinsi əlaqədə omaqdan çəkinmək. Uca Allah buyurur: “Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın” (əl-Bəqərə, 187). Bu ayədə ağ sap və qara sap dedikdə, gündüzün ağlığı və gecənin qaranlığı nəzərdə tutulur.

Niyyət etmək. Orucu Allah rizası üçün tutmaq. Uca Allah buyurur:
“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zəriyət, 56 Günahlardan çəkinmək. Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – buyurmuşdur: “Kim yalan danışmaqdan və bu yalana əməl etməkdən əl çəkməsə, yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur” (əl-Buxari, 1903). Həmçinin, o belə demişdir: “Oruc bir qalxandır. Sizdən biriniz oruc tutduğu zaman günah işlər görməsin və dava-dalaş salmasın. Əgər kimsə onu söysə və ya onunla dalaşmaq istəsə, qoy: “Mən oruc tutmuşam”- desin” (əl-Buxari 1904). Bu baxımdan oruc tutan qulağı, gözü, dili və bütün əzaları ilə oruc tutmalıdır.

Orucu batil etməyən şeylər

Ətirdən və sürmədən istifadə etmək.

Çimmək və yuyunmaq.

Qidalandırıcı və vitaminlərdən başqa, gözə dərman damcılatmaq.Kremdən istifadə etmək.

Ağzı və burnu suyu udmamaq şərti ilə yaxalamaq. Ağzı və burnu yaxaladıqda ehtiyatlı olmaq lazımdır. Əgər təsadüfən su udlaqdan daxilə keçərsə, oruc batil olmur. Ona görə ki, bu bilərəkdən baş verməmişdir. Uca Allah buyurur: “Etdiyiniz səhvlərə görə sizə günah yoxdur. Lakin qəsdən etdiyiniz işlərdən ötrü günah vardır” (əl-Əhzab, 5).

Aşbazların xörəyin dadına baxması.

Ağız suyu (tüpürcək), toz və tüstü udmaq. Ağız suyunu udmaq, eləcə də tüpürmək orucu pozmur.

Öpmək.

Orucu batil edən şeylər

Heyz və nifas (günəş batmamışdan qabaq baş versə).

Cinsi əlaqə.

Qəsdən yemək və içmək. Unutduqda batil olmur, belə ki, Peyğəmbər buyurmuşdur: “Oruclu ikən unudaraq yeyən və içən oruca davam etsin, çünki Allah onu yedirib və içizdiribdir” (əl-Buxari, 1933). Unudaraq yeyən və içən oruc tutmağa davam etməli, orucunu dayandırmamalı və sonra da tutmamalıdır.

Siqaret çəkmək, saqqız çeynəmək və qidalandırıcı iynələr vurdurmaq.

ICON_SEP Print ICON_SEP
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Marneuli radiosunda gün ərzində sifariş olunan mahnıların top
13:49 / 06.11.2018
Marneuli radiosunda gün ərzində sifariş olunan mahnıların top
Borçalı türklərinin
22:21 / 26.07.2018
Borçalı türklərinin "Elat" mədəniyyət günləri 2009-cu il iyul ayının 26-da “Borçalı” Cəmiyyəti tərəfindən əsası qoyulmuş və hər il eyni tarix və eyni məkanda keçirilirdi.
6 iyun tarixində Qardabani bələdiyyəsinin Qaracalar kəndində
demokratik yolla seçilmiş ilk qadın-deputat Pəri xanım Sofiyevanın
memorialının açılışı olub.
13:41 / 07.06.2018
6 iyun tarixində Qardabani bələdiyyəsinin Qaracalar kəndində demokratik yolla seçilmiş ilk qadın-deputat Pəri xanım Sofiyevanın memorialının açılışı olub.
24 may tarixində saat 15:30-da Tiflis şəhəridə yerləşən Atoneli
adına teatrda azərbaycanlı gənc aktyor Anar Rafiqoğlunun bir ildən
artıq fasilədən sonra növbəti stand up şousu baş tutacaq.
19:05 / 21.05.2018
24 may tarixində saat 15:30-da Tiflis şəhəridə yerləşən Atoneli adına teatrda azərbaycanlı gənc aktyor Anar Rafiqoğlunun bir ildən artıq fasilədən sonra növbəti stand up şousu baş tutacaq.
Gürcüstanda “Era Teatrı” adı ilə yeni teatr fəaliyyətə başladı.
Teatr Tiflis Dövlət Azərbaycan Dram Teatrının aktyoru və rejissor
Anar Rafiqoğlu və Rabil İsmayılov tərəfindən yaradılıb.
17:26 / 11.05.2018
Gürcüstanda “Era Teatrı” adı ilə yeni teatr fəaliyyətə başladı. Teatr Tiflis Dövlət Azərbaycan Dram Teatrının aktyoru və rejissor Anar Rafiqoğlu və Rabil İsmayılov tərəfindən yaradılıb.
Bugün qırmızı cümədir. Məhz bu gün 2018 il bundan əvvəl İsə Məsihi
Qolqoti dağında çarmıxa çəkiblər.
14:53 / 06.04.2018
Bugün qırmızı cümədir. Məhz bu gün 2018 il bundan əvvəl İsə Məsihi Qolqoti dağında çarmıxa çəkiblər.