Marneulidə Afiq və Anarın “Haydı Söyle” musiqisinə çəkilən klipin təqdimatı keçirildi
16 iyul tarixində Marneulidə fəaliyyət göstərən "Muğam" restoranında Afiq Novruzov və Anar Əsgərovun “Haydı Söyle” Remix musiqisinə çəkilən klipin təqdimatı baş tutdu. İlk dəfə "Haydı Söylə" musiqisi Türkiyəli müğəni İbrahim Tatlısəsin ifasında səsləndirilmişdir. Marneulidən olan gənclər musiqiyə rəngarənglik qataraq tam fərqli bir tərzdə, sözlərinə rep əlavə edərək ifa etmişdilər.

Klipin təqdimatında gənclər, dəvət olunmuş qonaqlar, media nümayəndələri və maraqlanan şəxslər iştirak edirdilər. Klip bir il müddətinə, 60 min dollar civarında məbləğlə, Afiq və Anarın rəsmi sponsoru olan, Rusiyada yaşayan iş adamı Tağıyev Ruslan İlqar oğlunun maliyyə dəstəyi ilə çəkilmişdir. Həmçinin klipdə öz həyat yoldaşı ilə baş rolda çəkilən iş adamı Ruslan Marenulidən olan gənclərlə klipin təqdimatında rəsmi olaraq müqavilə imzaladılar.

Afiq Novruzov "Marneuli” Radiosuna müsahibəsi zamanı bildirdi ki, klipin çəkilişləri üç gün ərzində Tiflis və regionlarda baş tutdu. Çəklişlər “VnV” Production tərəfindən çəkilmişdir.



Anar Əsgərov gələcək planlarından danışaraq bildirdi ki, yaxın gələcəkdə növbəti kilplərinin təqdimatını da planlaşdırırlar. Öz fəaliyyət planlarından danışan Anar Əsgərov qeyd etdi ki, hələ öz fəaliyyətlərini Gürcüstanda davam etdirməyi düşünürlər.



Afiq və Anarın rəsmi sponsoru olan Rusiyada yaşayan iş adamı Tağıyev Ruslan "Marneuli" Radiosuna bildirdi ki, gənc müğənnilərə inkişafı üçün hər cür dəstək göstərəcək.



Qeyd dək ki, Afiq və Anarın yaxın günlərdə növbəti musiqlərinin təqdimatı da keçirləcək.


Print Email
FaceBook Twitter Google