Marneuli bələdiyyəsinin 5 saylı ictimai məktəbi yeni tədris ilini
yenilənmiş mühitdə qarşılayıb. Məktəbin bərpa işləri Minilliyin
Çağırış Fondu çərçivəsində həyata keçirilib.
Sinif otaqları yenilənib, laboratoriya və idman zalı təchiz
olunub.
“Məktəbin tam bərpası həyata keçirildi. Hər şey
tamamilə dəyişdi, struktura da dəyişdi. Bəzi şeylər birinci
mərtəbəyə salındı, tam uyğunlaşdırılıb. Hələ emosiyalardan azad
olmamışıq. Yüksək əhval-ruhiyyədəyik, xoşbəxtik, əlbəttə
motivasiyamız yüksəkdir - müəllimlərin, şagirdlərin, mənim. Keçən
tədris ilində başqa məktəbə sığındıq. Çətin idi, amma həqiqətən də
dəyərdi” - deyir 5 saylı ictimai məktəbin direktoru
Lela Xarşiladze.
Zərər çəkmiş divarlar bu gün rənglidir, döşəmə isə
lominatlanmışdır. Uçmuş tavan dəyişdirilib, otaqlar işıqlı və yeni
mebellə təchiz olunub. Kompüter otağında hər uşağın masasında şəxsi
kompütür durur. Laboratoriyada salat rəngli mebel və hələ də
qutulara yerləşdirilmiş alətlər durur. İdman zalı sona qədər
qurulmayıb, ancaq böyük və işıqlı məkan hər növ idman aktivliyinə
istək yaradır. Kafeteriya da qaydasına salınır.
“Çox şey dəyişib. Məktəb bizi həvəsləndirdi, oxumaq
daha əyləncəlidir. Burada olduqda oxumaq istəyirsən, məktəb çox
rahatdır” – dedi uşaq.
“Mənim şəxsən çox xoşuma gəlir. Yeni təmir olunmuş
məktəbdə oxumaq motivasiya yaradır. Oxumaq, uğur qazanmaq üçün daha
çox arzu yaranır” – dedi uşaq.
“Çox gözəldir, çox xoşumuza gəlir, gözəl şərait var.
Oxumayanlar da oxumaq istəyir” – dedi uşaq.
Beş saylı ictimai məktəb şagirdləri deyirlər:Təhsil müəssisəsində
1000 uşaq iki növbədə oxuyur. 54 müəllimdən demək olar ki, yarısı
sertifikatlıdır.
Minilliyin Çağırış Fondunun çərçivəsində Kvemo Kartli miqyasında 13
məktəb təmir olunub. Ondan 5 Marneuli bələdiyyəsində yerləşir.
“Marneuli 5 saylı ictimai məktəbi, Tsereteli ictimai
məktəbi, Qaçağan, Keşəli, Təzəkənd kəndlərinin ictimai məktəbləri.
Məktəblərə 2 milyon dollardan artıq pul xərcləndi. Kvemo Kartlidə
ümumiyyətlə 1 milyon dollardan artıq büdcə istifadə
edildi” – deyir Fondun ictimaiyyətlə əlaqələr
şöbəsinin rəhbəri Giorgi Kopaleişvili.
Minilliyin Çağırış Fondu məktəblərin bərpası layihəsini Şərqi
Gürcüstanda bununla başa vurub. Tədris müəssisələrinin müasir
standartlara uyğunlaşması indi Qərbi Gürcüstanda davam olunacaq.
Layihənin müddəti beş ildir.