DİN Avropalı həmkarları ilə əməkdaşlıqla Fransada 2 gürcü “qanuni oğru” və mütəşəkkil cinayətkar qruplaşmanın 8 nəfər üzvünü həbs edib
11:25 / 11.12.2018
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal
Polis Departamentinin direktoru – Vladimer Bortsvadze və
Gürcüstanda Fransanın Polis attaşesi Bruno Baldukinin
brifinqi.
Gürcüstan DİN, beynəlxalq şəkildə təşkil olunmuş cinayətə qarşı
səmərəli mübarizə məqsədi ilə Avropa ölkələrinə göndərilmiş polis
attaşeləri vasitəsilə yenidən Avropa İttifaqı ölkələrinin hüquqi
müəssisələri, interpol və Avropolla fəal əməkdaşlığa davam
edir.
Gürcü hüquq mühafizəçilərinin Avropalı həmkarları ilə əməliyyatlar
hazırlaması, həyata keçirilməsi və operativ məlumatların verilməsi
istiqamətində daim əlaqəsi var.
Qarşılıqlı əməkdaşlıq nəticəsində gürcü hüquq mühafizəçilərinin
fəal iştirakı ilə cari ilin 10 dekabrında Fransanın Lion şəhərində
“VORS 69-01” adlı geniş miqyaslı xüsusi əməliyyat aparılıb.
Nəticədə Fransa və Belçikada fəaliyyətdə olan gürcü, erməni və
azərbaycanlı mütəşəkkil qruplaşmanın 22 üzvü həbs olunub.
Saxlanılanlar arasında 10 nəfər Gürcüstan vətəndaşı var və onlardan
2 nəfəri “qanuni oğrudur”.
Xüsusi əməliyyat zamanı saxlanılan Gürcüstan vətəndaşları: Gürcü
“qanun oğruları” – 1971-ci il təvəllüdlü Mindia Nijaradze və
1973-cü il təvəllüdlü Revaz Seskuriya; həmçinin, gürcü mütəşəkkil
cinayətkar qruplaşmanın üzvləri – 1983-cü il təvəllüdlü O.T.,
1983-cü il təvəllüdlü Z.O., 1974-cü il təvəllüdlü M.L., 1983-cü il
təvəllüdlü M.T. və 1991-ci il təvəllüdlü L.R.
İstintaqın məlumatına görə, ittiham olunanlar oğurluq üçün evləri
əvvəlcədən seçirmişlər, qeyd olunan binalar haqqında məlumatları
tapıb hazırlayırmışlar, sonra isə qarət edirmişlər. Həmçinin,
avtomobilləri oğrulayırmışlar, saxta sənədlər düzəldirmişlər və
qanunsuz narkotik maddələri istifadəyə verirlərmiş.
Saxlanılanların yaşadığı evin axtarışı zamanı dəlil olaraq cinayət
yolu ilə əldə olunan əşyalar tapılıb. Onlar arasında qızıl, odlu
silah, bahalı maşınlar, böyük miqdarda pul, saxta sənədlər düzəldən
texnika, müxtəlif növ qıfılları açan qurğular var imiş. Hüquq
mühafizəçiləri dəlil olaraq eləcə də suboteks və metaton qrupuna
aid narkotik maddələr və qaçaqmalçılıq yolu ilə əldə olunmuş 1500
qutu siqaret aşkar ediblər. İstintaqın məlumatına görə, ümumi zərər
400 000 avrodan çox olub.
Saxlanılan Gürcüstan vətəndaşları Fransanın CM-nin 331, 321, 324 və
450-ci maddələri ilə nəzərdə tutulmuş cinayətdə ittiham olunurlar.
Həmin maddə Fransa Respublikası ərazisində qrup şəklində dəfələrlə
törədilmiş oğurluq, oğurlanmış əşyaların saxlanılması-satılması,
pul saxtalaşdırma və cinayətkar qrupa üzvlüyü nəzərdə tutur.
Cinayət 15 ilə qədər azadlıqdan məhrum edilmə cəzasını nəzərdə
tutur.
Qeyd edilməlidir ki, cinayətin aşkarlanması, yuxrıda qeyd olunan
mütəşəkkil cinyətkar qruplaşmaya üzvlüyün, həmçinin onların
əlaqələrinin müəyyən edilməsi və əməliyyatı planlaşdırması məqsədi
ilə Lionda xüsusi əməliyyat aparılanadək Fransa jandarmlarının,
Belçika polisinin və Gürcüstan DİN-in mərkəzi kriminal polis
departamenrinin bir neçə aylıq Fransa, Belçika və Gürcüstanda
operativ əməliyyatları baş tutmuşdu. Həmçinin, Tbilisi və Parisdə
hüquq mühafizəçilərinin üçtərəfli görüşləri keçirilmişdi.
Həbs əməliyyatlarında Fransa, Belçika və Gürcüstandan 300-dən artıq
hüquq mühafizəçisi iştirak edib. Əməliyyatda, həmçinin,
xüsusi cinayətkarlıqla mübarizə şöbələri, kinoloji xidmət də
iştirak edib və helikopterdən də istifadə olunub.
Xatırladaq ki, DİN-in əsas üstünlüklərindən biri mütəşəkkil
cinayətkarlıqla mübarizədir. Bu istiqamətdə nazirlik ölkədə və
xaricdə səmərəli tədbirlər həyata keçirir. 2018-ci ilin yanvarından
bu günə kimi DİN, həmçinin, Avropa ölkələrinin hüquq mühafizə
orqanları ilə əməkdaşlıq nəticəsində 14 “qanuni oğru” həbs edib.
Oğru dünyasının üzvlüyünə görə isə 190 şəxs saxlanılıb.