"Tbilisi Dövlət Azərbaycan Dram" teatrının yeni bədii rəhbəri gələcək planlarından danışdı
16:18 / 11.01.2019
Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman
Nazirliyinin keçirdiyi müsabiqə nəticəsində bu gün, 11 yanvar
tarixində "Tbilisi Dövlət Azərbaycan Dram" teatrının bədii rəhbər
vəzifəsinə gənc aktyor və rejissor Turqay Vəlizadə təyin
olunub.
Turqay Vəlizadə teatrın inkişafı və gələcəyi ilə bağlı olduqca
maraqlı ideyalarının olduğunu qeyd etdi.
"Gələcəkdə tamaşalarla bağlı çox böyük planlarımız var.
Sadəcə çox işləmək lazımdır, teatrın əsas funksiyası tamaşaları ilə
öz tamaşaçılarını sevindirməkdir. Tamaşaçıları nəinki Azərbaycan,
eyni zamanda xarici dramaturgiya əsərlərinin səhnəyə qoyulduğu
tamaşalar gözləyir. Hamını teatra cəlb edəcəyik, teatrımız haqqında
hamı məlumatlanmalıdır. Ən balaca kəntdə və ucqar rayonlarda da
hamının teatr haqqda məlumatı olacaq. Əlbəttə kənar rayonlara da
qastrol səfərlərimiz olacaq. Teatr inkişafını daha da böyük
addımlarla davam etdirəcəyik. Teatr mədəniyyətdir və bu mədəniyyəti
biz inkişaf etdirərək tamaşaçılarımıza
çatdırmalıyıq"-Turqay Vəlizadə dedi.
Qeyd edək ki, teatrın keçmiş bədii rəhbəri Varlam Nikoladze idi. O,
2018-ci ilin oktyabr ayında səhhətində yaranmış problemlərə görə
vəzifəsindən ayrılıb.