Marneulidə Mirzə ələkbər Sabir küçəsində əhali yol və su boruları
probleminə görə narazıdır.
Onlar bildirirlər ki, 1970-ci ildə çəkilmiş su boruları təzyiqə
dözmür və tez-tez xarab olur. Bərpa işləri zamanı isə yolun asflat
qatı xarab olur. Onların sözlərinə görə, yağış və palçıq olanda
yolda hərəkət etmək faktiki olaraq mümkün olmur.
Öz şəxsi avtomobili olanlar deyirlər ki, yolun pis vəziyyətinə görə
avtomobil də tez-tez xarab olur.
Əhalinin problemləri ilə bağlı Marneuli Radiosu müvafiq xidmətlə
əlaqə saxladı. Gürcüstan Birləşmiş su təchizatı kompaniyasının
Marneuli servis mərkəzinin meneceri bizimlə söhbət zamanı dedi ki,
su borularını dəyişmək ümumiyyətlə Marneulidə hələ heç yerdə
olmayıb, ona görə də gələcəkdə planlaşdırılır.
Həmin xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirirlər ki,
layihədə dəyişikliklər gedir, ilk növbədə yalnız Marneulidə
boruların dəyişdirilməsi və çəkilməsi planlaşdırılırmış, ancaq bir
neçə kənd də su boruları ilə təmin olunacaq. Layihəni həyata
keçirmək üçün tender isə güman ki,ilin ikinci kvartalında elan
olunacaq.
Yolun bərpa işlərinə gəldikdə isə Marneuli meriyasından bildirirlər
ki, əhali oxşar problemlər onlara müraciət etməyib və bu ilin
büdcəsində Sabir küçəsində yolun bərpa işləri nəzərdə
tutulmayıb.
"Marneuli" Radiosu