MSK prezidentliyə namizədliyini irəli sürmək istəyən 46 nəfərdən
20-nin namizədliyinin qeydiyyata alınmasından imtina edib, iki
nəfərin namizədliyi isə müzakirə olunur.
Namizədlikdən imtina edilməsinin səbəbi kimi namizədlərin
dəstəkçilərinin siyahısını təqdim etməməsi göstərilir.
Prezidentliyə namizədlikləri qeydə alınmayanlar Qia Çxikvadze, Koba
Culakidze, Qiorqi Qaxokia, Nikoloz Lekişvili, Davit Amaşukeli,
Tamaz Bibiluri, Bondo Barataşvili, Eliso Donadze, Vaja Çxaidze,
Zakaria Roçikaşvili, Zaur Mekokişvili, Qiorqi Şenqelia, Besik
Apxaidze, Avtandil Pilauri, İoseb Bibileişvili, İakob Qriqoryev,
Nino Cikia, Deniza Sumbadze, Maia Ninua və İvane
Nuqzaraşvilidir.
MSK-nın məlumatına görə, Mixeil Antadze və Otar Meunarqianın
namizədliyi məsələsi isə müzakirə olunur.
Qeyd edək ki, MSK-nın məlumatlarına görə, bu namizədlərin hamısının
namizədlikləri təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.