“Siyasi subyektlər qadın seçicilərlə çalışmağa hazır deyillər” – Olqa Endeladze
“Yerli gender siyasətinin problemləri” – bu mövzua Marneuli Mülki Məşğulluq Mərkəzində bu gün, 20 sentyabrda müzakirə baş tutdu.
“Qadınlar müzakirə edir, seçir, səs verir” layihəsinin çərçivəsində gender məsələlərinin bir illi müşahidəsi nəticəsində görüşdə bir neçə məsələni müzakirə etdilər. Həmçinin, qadın seçicilərlə 2017-ci ilin yerli seçkilərinin seçki qabağı kampaniyasını aparmaq üçün siyasi subyektlərin yanaşmaları və onların seçki qabağı bəyanatlarının gender baxımından qiymətləndirilməsi oldu. Munisipal səviyyədə mülki qoşulmanın gender baxımından cari keyfiyyəti və munisipal gender siyasətinin formalaşması prosesinin problemləri müzakirə olundu.

“Marneuli Demokrat Qadınlar Cəmiyyətinin” sədri və layihənin müəllifi Olqa Endeladze bizimlə söhbət zamanı deyir ki, yerli özünüidarəetmə seçkilərini müşahidə edərkən məlum olub ki, siyasi subyektlərin qadın seçicilərlər çalışmaq üçün hazırlığı yoxdur.

“Siyasi subyektlər tərəfindən hazırlıq yox idi çünki, bir tərəfdən onlar etiraf edə bilmirlər ki, qadın seçicilərin auditoriyası onlara maraqlıdır. Digər tərəfdən isə siyasi subyekt nümayəndələri var ki, qadın seçicilər onlar üçün əlçatan deyil və öz seçki qabağı kampaniyalarını bunun üçün planlaşdırmırlar”.

Olqa Endeladze həmçinin, deyir ki, geniş gender problemlərinin həlli uzun müddətli perspektivdə mümkündür. İndiki məqamda isə lazımdır ki, munisipal, dövlət, gender siyasəti konkret aktivliklərlər planlaşdırılsın və həyata keçirilsin.

Layihə çərçivəsində “Marneuli Demokrat Qadınlar Cəmiyyəti” Marneulidə gender problemlərini həll etmək üçün strategiya işləyib.
Açıq Cəmiyyət Fondunun Milli İnteqrasiya Proqramının koordinatoru Nino Kiknavelidze bizimlə söhbət zamanı deyir ki, onların təşkilatı tərəfindən işlənilmiş strategiyanı “rəfə qoymaq” istəmirlər.

“Necə nəticə olacaq bu təşkilatın meriya ilə advokatlaşdırma istiqamətində çalışmasından asılıdır. Həmçinin, yerli özünüidarəetmənin istəyindən də asılıdır ki, özləri də əhalinin sosial, iqtisadi və ya gender problemlərini həll etmək üçün qoşulsunlar”.

“Qadınlar müzakirə edir, seçir, səs verir” layihəsini “Marneuli Demokrat Qadınlar Cəmiyyəti” Açıq Cəmiyyət Fondunun maddi dəstəyi ilə həyata keçirirdi.

Print Email
FaceBook Twitter Google