Uşaq bağçalarının rəhbəri hədiyyələri şaxta baba paltarında paylayıb
Uşaq
bağçalarında yeni il hədiyyələrinin paylanmasına artıq
başlanılıb.
Bizimlə söhbət zamanı Marneulinin uşaq
bağçaları birliyinin rəhbəri Zaur Kərəmovun dediyinə görə,
yetirmələrə hədiyyə olaraq rəngli qələmlər, qələm, təhlükəsiz
qayçı, rəsm dəftəri, rəngli kağızlar, pozan və qələm qədləyən
verilib. Zaur Kərəmovla birgə birliyin bir neçə nəfər əməkdaşı
müəssisələrə şaxta baba formasında gedir. Yeni il əhval-ruhiyyəsi
yaradırlar və uşaqlara hədiyyələr paylayırlar.
“Bu gün beş bağçada hədiyyələr payladıq. Ən böyük
qrupları olan bağçalara sabah gedəcəyik və bununla da başa
çatacaq” - deyir Zaur Kərəmov.
2300 uşaq üçün hədiyyələr almağa Marneulinin uşaq bağçaları
birliyinin büdcəsindən 4 945 lari xərclənib.
Marneuli miqyasında cəmi 14 uşaq bağçası var. Yeni il tətili 28
dekabrda başlayacaq və 15 yanvara qədər davam edəcək.
Əsas şəkil Zaur Kərəmovun Facebook səhifəsindən götürülüb.