Rəhbərliyin sözlərinə görə Marneulinin ictimai nəqliyyatı texniki nəzarətdən uğurla keçib
Avtomobilin texniki baxışı Gürücstanda qeydiyyatda olan bütün avtomobillər üçün məcburi olub. Marneulidə texniki baxış üzrə 2 mərkəz fəaliyyət göstərir (Candar məntəqəsi və Tamarisiyə gedən yol). "Marneuli" radiosu mərkəzlərdən birinə getdi. Deyə bilmərik ki, avtomobillərin sırası dururdu, biz getdiyimiz zaman yalnız bir nəfərin avtomobili texniki baxışdan keçirdi. Kiçik səhvə görə texniki baxışdan keçə bilmədi. Ancaq tez zamanda düzəltdi və geriyə daha bir cəhd üçün qayıtdı.

Marneulinin texniki baxış xidmət mərkəzinin meneceri Qoqoa Qoqatişvili deyir ki, 1 yanvardan əhalinin sayı artıb. Gün ərzində təqribən 25 avtomobil gətirirlər. Bunun təqribən 5-i texniki baxışdan keçə bilmir. Əksər halda əyləclərin idarə olunmaması və səsboğana görə keçə bilmirlər. Qoqatişvili deyir ki, xüsusi sənəd almaq üçün hansı meyarları qane etməlidir.

"Əzilmiş, qəzalı olmamalıdır, başqa bamper istifadə olunmamalıdır, işıqlar hamısı işləməlidir, tüstü təmiz olmalıdır, əyləc işləməlidir, əsasən bunlardır. Qabaq şüşəsilənin su vuranı işləməlidir" - Qoqoa Qoqatişvili.

Marneuli Bələdiyyəsində demək olar ki, yetərli dərəcədə köhnə ictimai nəqliyyat hərəkət edir. Əhalinin kəndlərə aparılması və şəhərdə hərəkətini iki şirkət təmin edir. "Avtopark" MMC bələdiyyənin balansındadır və özəl şirkət “Ekspress Turist” MMC. Hər iki şirkətin direktoru təsdiq edir ki, onların avtomobilləri texniki baxışdan artıq keçiblər.

"Bizim maşınlar hər zaman texniki baxışdan keçirdilər, indi də keçiblər, başqa cür yola çıxmaq olmaz" - deyir "Avtopark" MMC-nin direktoru Qiqa Calağniya.

"Heç nə xarab deyil, hər şey qaydasındadır və hərəkət edirlər. Hamısı texniki baxışdan keçib. Bir və iki nömrəli xətt üzrə işləyən bütün maşınlar keçib, yoxsa necə olardı, cəriməsi 50 laridir" – deyir "Ekspres Turist" MMC-nin direktoru.

İctimai nəqliyyatın direktorlrından fərqli olaraq Marneuli əhalisi tam başqa fikirdədir. Onlar Nəqliyyatın idarə olunmamasının bir çox hallarını xatırlayırlar – döşəmənin çökməsi, qapıların xarab olması, oturacağın olmaması. Şübhə edirlər ki, hər gün istifadə etdikləri nəqliyyat texniki baxışdan keçmiş olsun. İkinci məsələ sərnişinlərin hüququnun pozulmasıdır və bu gündəlik problemdir.

Texniki çatışmamazlığa sərnişinlərin hüququnun pozulması da əlavə olunur. Oturacaqlarda oturanlardan çox ayaqda duran əhalinin sayı artıqdır. Bu isə xoşagəlməz qoxu, toz və qapalılıq yaradır.

"Təxminən saat 7 idi, soyuq idi, qapı düşmüşdü, qapını örtdükdə açmaq üçün sürücü düşüb çöldən açmalı olurdu. İçəridən açılmırdı. Buna görə də açıq qoyurdular, sərnişinlərdən kimsə tuturdu, mən də tutmalı oldum, əllərim donurdu. Belə maşın heç cür keçə bilməz. Mən özümü biləndən bu maşın işləyir" - Marneuli sakini.

"Nə qədər təhlükəsizdir bilmirəm, amma çox çirklidir. Oturacağı olmayan maşınla da qarşılaşmışam. Yediklərinin zibilini tökürlər, basa-bas olur. Sürücülər təmizliyə diqqət yetirmirlər. Texniki baxış haqda bilmirəm" - Marneuli sakini.





Avtomobilin texniki baxışı assosiasiya müqaviləsi ilə nəzərdə tutulub və Gürcüstan mütləq bunu yerinə yetirməlidir. Maşınların mərhələli yoxlanılması Gürcüstanda 2018-ci ilin 1 yanvarından başlayıb. 2019-cu ilin 1 yanvarından isə bütün avtomobillər üçün məcburi oldu. Texniki baxışın yekun müddəti avtomobilin qeydiyyat tarixinə və aya uyğun müəyyən edilir.

Yüngül avtomobilin texniki yoxlayışı 60 laridir. Statistik göstəricilərə əsasən Gürcüstan 2018-ci ilin 1 yanvarından 2019-cu ilin 8 yanvarına qədər texniki baxışdan cəmi 138 503 avto nəqliyyat vasitəsi keçib. Bunun 95 580 qaydasındadır, 39 304 problemlidir.

Qeyd edək ki, avtomobil sürücüləri öz maşınlarını təkrar yoxlayışdan keçirə bilrələr.

Print Email
FaceBook Twitter Google