"Xalqın Səsi" Jurnalistlər Birliyi 2006-cı ildən təsis edilib.
Təşkilatın ictimai yayım lisenziyası var və 2017-ci ildən FM96.9
tezliyində yayımlanır. "Marneuli" icma radiosu beynəlxalq
təşkilatların dəstəyi ilə gürcü və azərbaycan dilində yerli
xəbərləri yayımlayır. Eləcə də radionun veb-səhifəsi -
marneulifm.ge aktiv fəliyyətdədir. "Marneuli" radiosu analitik
verilişlər həyata keçirir və yerli fəallara, radio ilə maraqlanan
şəxslərə media platformadan yararlanmaqla,
öz maraqlarından irəli
gələrək müəllif verilişləri yaratmağa dəstək göstərir.
"Marneuli" radiosunun məqsədi Marneulidə yaşayan sakinlərə başa
düşdükləri dildə məlumat vermək, icmanın sosial və siyasi
proseslərdə fəal iştirak etməsinə dəstək olmaqdır. "Marneuli"
radiosu dəyişməz jurnalistika prinsipləri ilə işləyir - qərəzsiz,
dəqiq məlumat çatdırmaq. "Marneuli" radiosunun komandası yerli
xəbərləri daha operativ işıqlandırmaq üçün yeni əməkdaşlar
axtarır.
İndiki mərhələdə "Marneuli" radiosuna jurnalist
lazımdır.
- Jurnalist təcrübəsinin olması (arzuolunandır)
- Azərbaycan dilini bilmək (yazmaq, oxumaq, mətni dərk etmək)
(Gürcü dilinin A1 səviyyəsində bilmək arzuolunandır)
- Kompüter bacarıqları
- Ünsiyyət qurmaq bacarığı
- Motivasiya
-Yeniliklərə maraq
"Marneuli" radiosunun əsas yayımı gürcü və Azərbaycan dillərində
həyata keçirilir. Müraciət edənlərdən Azərbaycan dili ana dili olan
və dili yüksək səviyyədə bilən şəxslərin A1 səviyyəsində gürcü
dilini bilməsi də yaxşı olardı. Belə namizədlərə üstünlük
veriləcək.
"Marneuli" radiosu
jurnalistinin öhdəlikləri nədir?
- Xəbərlər axtarmaq, xəbər yazmaq və radionun efiri üçün
hazırlamaq. Efirdə aparıcılıq etmək. Kəndlərə və hadisə yerinə
getmək. İş qrafiki səhər saat 10:00-dan 18:00-a kimi. İş prosesinə
qoşulan jurnalist həmkarların köməyi ilə mətnlərin yazılması, audio
süjetlərin, video süjetlərin hazırlanması üzrə təcrübə keçəcək.
THE NATIONAL ENDOWMENT FOR DEMOCRACY- beynəlxalq Amerika
təşkilatıdır və radio onun dəstəyi ilə gündəlik xəbərləri
işıqlandırır.
2023-2024-ci illər ərzində təşkilat yenidən icma radiosuna dəstək
göstərir və radio komandasına 1 jurnalist əlavə edilməsi imkanını
yaradır. Əməkhaqqı 250 ABŞ dollarıdır (məzənnəyə uyğun olaraq lari
ilə ödənilir).
Seçilən jurnlaistlərin təşkilatın həyata keçirdiyi müxtəlif
layihələrə qoşulmaq imkanı olacaq və bu onların əməkhaqqına da
təsir göstərəcək.
Sizi “Marneuli” radiosunun komandasına qoşulmağa çağırırıq!
Maraqlananlar:
CV-lərini “Marneuli” radiosunun elektron poçt ünvanına göndərə
bilərlər:
CLOAKING
Xahiş edirik, əlaqə nömrənizi qeyd etməyi unutmayın.
Məlumatları aldıqdan sonra siz bizimlə tanışlığa dəvət
olunacaqsınız.
Maraqlandığınız və suallarınız yarandığı halda bizimlə əlaqə
saxlayın - 577278421
Sizə uğurlar arzi edirik!
Müraciətlərin son qəbul müddəti 2024-ci il 20 yanvar
tarixinə qədərdir.