Yapon dənizi sahillərindəki Yaponiyanın Noto yarımadası
yaxınlığında
baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 232-yə
çatıb.
Bu barədə İşikava prefekturasının rəsmiləri məlumat yayıb.
Bundan əvvəl 222 nəfərin öldüyü barədə xəbər yayılmışdı. Ən azı
21
nəfər itkin düşənlər siyahısındadır.
Qeyd edək ki, zəlzələdə 1036 nəfər xəsarət alıb, 15 mindən çox ev
qismən və ya tamamilə dağılıb.
Məmbə: Oxu.az