“TikTok” onu populyar edən qısa video formatından əhəmiyyətli bir
dəyişikliyə
hazırlaşır. Belə ki, xidmət 30 dəqiqəlik videoları yükləmək
funksiyasını sınaqdan keçirir.
Yenilik əvvəlki vaxt məhdudiyyətlərində mümkün olmayan məzmun
növünə - televiziya şoularının tam epizodlarını yükləmək imkanına
yol açacaq. Artıq bir epizodu bir neçə hissəyə bölməyə ehtiyac
qalmayacaq.
Xidmətin 30 dəqiqəlik video yükləmə seçimini bütün istifadəçilər
üçün nə
vaxt işə salmağı planlaşdırdığı məlum deyil.
Xatırladaq ki, şirkət bəzi regionlarda üfüqi tam ekran rejimini
sınaqdan keçirir. Həmçinin keçən il “TikTok” videonun sağ tərəfini
basıb tutaraq irəli getməyə imkan verən funksiyanı işə saldı.
Həmçinin tətbiqdə 50-200 videonu yükləmək və onlara avtonom rejimdə
baxmaq mümkündür.
Məmbə: Oxu.az