Marneuli bələdiyyəsinin Şaumyan kəndində daxili yollara asfalt
çəkilməsi üçün ayrıca tender elan edilib.
Yerli özünüidarə ona qədər iki kəndin infrastruktur tenderini
birlikdə elan etmişdi və həmin tenderlər iki cəhddə də baş
tutmamışdı. Tender komissiyasının protokolundan oxuyuruq ki,
vəziyyəti nəzərə alaraq komissiya tenderlərin ayrılıqda elan
edilməsini məqsədəuyğun hesab edib.
Şaumyan kəndində iki daxili yola (5 və 6)
asfalt qatının çəkilməsi
üçün 115 877 lari xərclənilməsi planlaşdırılır.
Şaumyan kəndində daxili yollara asfalt qatının çəkilməsi işlərinin
smeta sənədlərini "Proejct Company" MMC Marneuli meriyası ilə
2021-ci ilin 21 oktyabr tarixində bağlanmış müqavilə əsasında
tərtib edib.
Tapşırığa əsasən, "Project Company" MMC-nin mütəxəssisləri
tərəfindən yerində layihə obyektlərinin mühəndis-geoloji araşdırma
işləri, ərazinin topoqrafik çəkilişi həyata keçirilib.
Şaumyan yollarına asfalt çəkilməsi ilə bağlı tenderdə iştirak etmək
istəyən şirkətlər 3-8 aprel tarixində öz təkliflərini təqdim edə
bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan sonra 60 gün ərzində
işləri meriyaya təhvil verməlidir. Ayrılmış vəsait 100% yerli
büdcədən maliyyələşdirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415