Regional İnkişaf və İnfrastruktur naziri vəzifəsini Maia Tsikitişvili tutacaq
Regional İnkişaf və İnfrastruktur naziri vəzifəsinə hökumət administrasiyasının keçmiş rəhbəri, Maia Tsikitişvili təyin olunub – bu haqda Gürcüstanın Baş Naziri Giorgi Kvirikaşvili brifinqdə bildirib.

Maia Tsikitişvili qeyd olunan vəzifədə Zurab Alavidzeni əvəz edəcək.

Xatırladaq ki, Maia Tsikitişvili 2012-ci ilin 1 noyabrından bu günə qədər Gürcüstan hökumət dəftərxanasında rəhbər vəzifəsində çalışıb.

Mənbə: ipn.ge
Print