Prezident 64 nəfər məhbusu əfv edib
Gürcüstan Prezidenti pasxa bayramı ilə əlaqədar 64 nəfər məhbusu əfv edib. Əfv Komissiyasının rəhbəri Zviad Koridzenin bildirdiyinə görə, Giorgi Marqvelaşvili müvafiq aktı bu gün verib.

“64 nəfər məhbusdan bu gün 41 nəfəri cəzaçəkmə müəssisəini tərk edəcək. 23 nəfər məhbusun usə müxtəlif müddətə cəzası azaldılıb. Əfv olunanlardan 3 nəfəri qadın və 1 nəfəri yetkinlik yaşına çatmamış şəxsdir. Bunlardan bir nəfər qadın bu gün müəssisəni tərk edəcək, ikisinin isə cəzası azaldılıb. Yetkinlik yaşına çatmamış şəxsin də həmçinin, cəzası yüngülləşdirilib”, - bildirib Koridze.

Onun məlumatına görə, əfv komissiyası 28-29 mart tarixində çalışırmış və cəmi 335 məsələni müzakirə ediblər.

Mənbə: ipn.ge
Print