Dövlət müəssisələrinə qara rəngli avtomobil almaq qadağan olunacaq.
Bu haqda 2018-ci ilin 30 mart tarixində hökumət sərəncamında
yazılıb. Sənədə əsasən, alınacaq hər növ avtomobil hər hansı rəngdə
ola bilər ancaq qara deyil. Sərəncam nazirliklərə, onların
tabeçiliyində olan ictimai hüquqi şəxslərə və hökumət
administrasiyasına da aiddir.
2017-ci ilin noyabrında,Baş Nazir Giorgi Kvirikaşvili qara ciplərin
alınmasını tənqid edib və keçmiş daxili işlər naziri Giorgi
Mğebrişviliyə tapşırıq verib ki, məmurların qara ciplərdə hərəkət
etməsi məhdudlaşdırılsın. 2018-ci ilin 2 fevral tarixində Baş Nazir
bir daha qara ciplərlər məmurların hərəkət etməsi haqqında tənqidi
bəyənat verib. Onun sözlərinə görə, Gürcüstanda qara ciplər
dövrünün bitməsi zamanıdır, çünki bu hamını eləcə də onu
qıcıqlandırır.