Mindeli mədənində yaralanan mədənçilərin vəziyyəti stabildir. Onlar
Kutaisidə müalicə olunurlar.
Bu haqda İPN-ə Kutaisinin Referal klinikasının direktoru
İrakli Qoqinava bildirib.
Onun sözlərinə görə, xəstələrin həyati təhlükəsi yoxdur və onlar
tezliklə xəstəxanadan çıxarılacaq.
Dünən baş vermiş bədbəxt hadisə nəticəsində üç mədənçi zərər çəkib,
onlardan ikisi Kutaisidə biri isə Tkibulidə müalicə olunur.