Kaxa Kaladze 9 aprel memorialına əklil qoyub
Tbilisinin meri Kaxa Kaladze, baş-nazir Giorgi Kvirikaşvili ilə birgə 9 aprel memorialına əklil qoyub.

“1989-cu ilin 9 aprel tarixində ölkəmizdə böyük faciə baş verib. Bugün ölkəmizin müstəqilliyi üçün özlərini qurban vermiş şəxsləri yad edirik. Onların etdiyi bizə vətənimizi necə sevməli olduğumuza dair nümunədir” – bildirib Kaxa Kaladze.

9 aprel hadisələrindən 29 il ötür. Gürcüstanın müstəqilliyi tələbi ilə qurulmuş sakit nümayişi sovet ordusunun xüsusi təyinatlıları dağıdıblar və 21 nəfər dinc sakin həlak olub.

Print Email
FaceBook Twitter Google