Tbilisinin meri Kaxa Kaladze,
baş-nazir Giorgi Kvirikaşvili ilə birgə 9 aprel memorialına əklil
qoyub.
“1989-cu ilin 9 aprel tarixində ölkəmizdə böyük faciə
baş verib. Bugün ölkəmizin müstəqilliyi üçün özlərini qurban vermiş
şəxsləri yad edirik. Onların etdiyi bizə vətənimizi necə sevməli
olduğumuza dair nümunədir” – bildirib Kaxa
Kaladze.
9 aprel hadisələrindən 29 il ötür. Gürcüstanın müstəqilliyi tələbi
ilə qurulmuş sakit nümayişi sovet ordusunun xüsusi təyinatlıları
dağıdıblar və 21 nəfər dinc sakin həlak olub.