İrakli Kobaxidze – Gürcüstanın NATO-ya inteqrasiyası Konstitusiya dərəcəsində əhəmiyyətli məsələ olaraq müəyyən edilib
Biz yavaş-yavaş NATO-ya yaxınlaşırıq – bu bizim gündəlik həyatımızı təşkil edən hissədir və bunda Gürcüstan parlamenti fəal iştirak edir, - bu haqda Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze “NATO günləri”nin başlamasına həsr olunmuş rəsmi tədbirdə bildirib.

İrakli Kobaxidzenin dediyinə görə, “NATO günlərinin” təntənəli açılışı bir daha göstərir ki, Gürcüstanın Şimali Atlantika Alyansı üzvü olmağa dair istəyi necə güclüdür. Onun dediyinə görə, dəqiq 10 il bundan əvvəl Buxarest sammitində qəbul edilmiş qərardan sonra, bizim ölkə bütün şərtləri yerinə yetirir ki, Şimali Atlantika Alyansına daha da yaxınlaşsın.

“Tam 10 il bundan əvvəl Buxarest sammitində qərar qəbul olundu ki, Gürcüstan mütləq NATO-nun üzvü olacaq. Ondan sonra Gürcüstan inkişaf edir, hər bir şərti yerinə yetirir ki, Şimali Atlantika Alyansına daha da yaxınlaşsın. Bir daha qeyd etmək istəyirəm ki, NATO-nun üzvü olmaq istəyimiz həm əhalinin istəyinə həm də hakimiyyətin istəyinə bağlıdır. Əhali son seçkilərdə bir daha öz qərbi inteqrasiyayay yanaşmasını qeyd etdi. Hər iki seçkilərdə əhalinin 90% məhz Gürcüstanın Avro inteqrasiyasına dəstək olan partiyanı dəstəklədi”, - bildirib İrakli Kobaxidze.

Print Email
FaceBook Twitter Google