Zviad Koridze – belə fikir irəli sürülüb ki, əfv komissiyasının tərkibi genişləndirilsin
Belə fikir irəli sürülüb ki, əfv komissiyasının tərkibi genişləndirilsin – bu haqda əfv üzrə dövlət komissiyasının sədri Zviad Koridze dünən Prezident nümayəndələrinin, Əfv üzrə dövlət komissiyası üzvlərinin və qadına qarşı zorakılıq üzərində çalışan QHT-in görüşündən sonra bildirib.

Koridzenin sözlərinə görə, görüşdə çox vacib təşəbbüslər səsləndirilib və görüşlər davamlı olacaq.

Komissiya tərkibinin mümkün genişləndirilməsinə gəldikdə isə, Koridzenin sözlərinə görə, bu məsələ görüşdə müzakirə edilib. “Bu fikir görüşdə bildirildi. Bizim tərəfimizdən də qeyd olundu ki, komissiya tərkibinin genişləndirilməsi olsun və bu şəxsləri komissiyaya dəvət edək, elə bu görüşə də. Amma görüşə qədər də bu haqda hətta prezidentlə də söhbət oldu”, - bildirib Zviad Koridze.

Print Email
FaceBook Twitter Google