Kaxa Kaladze Tbilisinin gecə iqtisadiyyatının inkişaf layihəsini təqdim edəcək
Paytaxt meri Kaxa Kaladze Tbilisinin “gecə iqtisadiyyatının” inkişaf layihəsini təqdim edəcək.
Tbilisi merinin məlumatına görə, təqdimatda layihənin rəhbəri Sergi Qvarcaladze ictimaiyyətə gecə iqtisadiyyatın konsepsiyasını ətraflı şəkildə tanıdacaq və fəaliyyət planı haqqında danışacaq.

Təqdimat “Biltmor” mehmanxanasında 14:00-da keçiriləcək.

Qeyd edək ki, paytaxt meri teleprodüser və musiqiçi olan Sergi Qvarcaladzeyi cari ilin mart ayında gecə iqtisadiyyatının layihəsinin rəhbəri vəzifəsinə təyin etmişdi.

Kaxa Kaladze qeyd etdi ki, gecə iqtisadiyyatının inkişafı vacib istiqamətdir və paytaxt üçün yenilikdir.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google