Paytaxt meri Kaxa Kaladze Tbilisinin “gecə iqtisadiyyatının”
inkişaf layihəsini təqdim edəcək.
Tbilisi merinin məlumatına görə, təqdimatda layihənin rəhbəri Sergi
Qvarcaladze ictimaiyyətə gecə iqtisadiyyatın konsepsiyasını ətraflı
şəkildə tanıdacaq və fəaliyyət planı haqqında danışacaq.
Təqdimat “Biltmor” mehmanxanasında 14:00-da keçiriləcək.
Qeyd edək ki, paytaxt meri teleprodüser və musiqiçi olan Sergi
Qvarcaladzeyi cari ilin mart ayında gecə iqtisadiyyatının
layihəsinin rəhbəri vəzifəsinə təyin etmişdi.
Kaxa Kaladze qeyd etdi ki, gecə iqtisadiyyatının inkişafı vacib
istiqamətdir və paytaxt üçün yenilikdir.