Gürcüstanın dövlət təhlükəsizlik xidmətinin rüşvətə qarşı
Agentliyinin əməkdaşları aparılan
əməliyyat-istintaq nəticəsində, rüşvət götürmə faktına görə,
Gəlirlər xidməti administrasiyası departmentinin Kvemo Kartli
administrasiyasının, məcburi tədbirlər idarə çiliyinin baş offiseri
Laşa Ç. saxlayıblar.
İPN-ə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətindən bildirdiklərinə
görə, istintaq müəyyən edib ki, Laşa Ç. Gürcüstan vətəndaşına vəd
verib ki, sənaye subyektlərindən biri tərəfindən, dövlət qarşısında
olan borcunun – 107 000 lari dəyərində vergi razılaşması yolu ilə,
20 000 lariyə qədər azalmasında kömək edəcək və əvəzində rüşvət
olaraq 5000 lari tələb edib.
Onların məlumatına görə, Laşa Ç. həmin vətəndaşdan, 2018-ci ilin 16
aprel tarixində əvvəlcədən tələb edib və məbləğin hissəsini – 1000
larini alıb, 2018-ci ilin 18 aprelində isə yenə də 1000 lari alıb
və bu zaman rüşvətə qarşı agentliyin əməkdaşları ittiham olunan
şəxsi saxlayıblar.
Müəssisənin məlumatına görə, istintaq rüşvət götürmə faktına dair
(Gürcüstan CM-nin 338-ci maddəsinin birinci hissəsi) gedir və maddə
cəza olaraq 6-dan 9 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə
tutur.
İstintaq Dövlət Təhlükəsizlik Xidmətinin rüşvətə qarşı agentliyi
aparır.