Rüşvət götürmə ittihamı ilə gəlirlər xidmətinin əməkdaşı həbs olunub
Gürcüstanın dövlət təhlükəsizlik xidmətinin rüşvətə qarşı Agentliyinin əməkdaşları aparılan əməliyyat-istintaq nəticəsində, rüşvət götürmə faktına görə, Gəlirlər xidməti administrasiyası departmentinin Kvemo Kartli administrasiyasının, məcburi tədbirlər idarə çiliyinin baş offiseri Laşa Ç. saxlayıblar.

İPN-ə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətindən bildirdiklərinə görə, istintaq müəyyən edib ki, Laşa Ç. Gürcüstan vətəndaşına vəd verib ki, sənaye subyektlərindən biri tərəfindən, dövlət qarşısında olan borcunun – 107 000 lari dəyərində vergi razılaşması yolu ilə, 20 000 lariyə qədər azalmasında kömək edəcək və əvəzində rüşvət olaraq 5000 lari tələb edib.
Onların məlumatına görə, Laşa Ç. həmin vətəndaşdan, 2018-ci ilin 16 aprel tarixində əvvəlcədən tələb edib və məbləğin hissəsini – 1000 larini alıb, 2018-ci ilin 18 aprelində isə yenə də 1000 lari alıb və bu zaman rüşvətə qarşı agentliyin əməkdaşları ittiham olunan şəxsi saxlayıblar.

Müəssisənin məlumatına görə, istintaq rüşvət götürmə faktına dair (Gürcüstan CM-nin 338-ci maddəsinin birinci hissəsi) gedir və maddə cəza olaraq 6-dan 9 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

İstintaq Dövlət Təhlükəsizlik Xidmətinin rüşvətə qarşı agentliyi aparır.

Mənbə: İnterPressNews
Print